mobil versiya

Qəzzanın gələcəyi ilə bağlı üç variant - İsrail Qəzzanı işğal etməyəcək, amma...



Oktyabrın 7-də başlayan İsrail-Fələstin qarşıdurmasının perspektivi kifayət qədər qaranlıq görünür. Qəzzanın və HƏMAS-ın gələcəyi ilə bağlı Qərbin və İsrailin baxışları İslam ölkələrinin mövqeyindən kəskin şəkildə fərqlənir.

“AzPolitika.info” “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, hazırda ABŞ ilə İsrail arasında Qəzzanın gələcyilə bağlı müzakirələr gedir. Hər iki tərəf hesab edir ki, bundan sonra HƏMAS Qəzzada mövcud olmalı deyil. Onun məhv edilməsindən və Qəzzanın “təmizlənməsindən” sonra isə üç gələcək inkişaf variantı nəzərdən keçirilir.
Birinci varianta görə, hərbi əməliyyatlar başa çatandan sonra Qəzzada ABŞ da daxil olmaqla, çoxmillətli hərbi qüvvələr yerləşdirilməlidir.
İkinci varianta görə, 1979-cu ildə İsraillə Misir arasında imzalanan müqavilədə olduğu kimi, sülhməramlı qüvvələr yaradılmalıdır. İsrail tərəfinin bu varianta isti yanaşdığı bildirilir.
Üçüncü varianta görə isə Qəzza BMT-nin nəzarətinə keçməlidir. Lakin İsrail BMT variantını məqbul saymır və bu təşkilatın fəaliyyətini qənaətbəxş hesab etmir.
Xəbərdə qeyd olunur ki, Co Bayden ABŞ qüvvələrinin Qəzzada yerləşdirilməsinin əleyhinədir və amerikalı əsgərlərin həyatını təhlükəyə atmaq istəmir. Bununla yanaşı, bildirilir ki, İsrail Qəzzanı işğal etmək fikrində deyil və bunu rəsmi şəxslər səviyyəsində bir neçə dəfə elan edib. Ancaq bununla yanaşı, Qəzzadan gələcək bütün təhlükələri neytrallaşdırmaq və heç bir halda HƏMAS-ın buradakı varlığına imkan verməmək niyyətindədir.

KARUSEL / GÜNDƏM
Tarix: 1-11-2023, 15:15