mobil versiya

Spişka, qırmızı yazan iki ruçka, bir də razetka...



Rus dilli “ana dili keşikçisi”nə evdən zəng gəlir: 

- Tı qde, əzizim? 

- Nə olub, doroqaya, ruldayam... 

- Vajnı sözüm vardı. 

-De, görüm.

-Bilirsən, o millətçi kişi var e, bığlı, “facebook”da, yenə ana dilinə təcavüz edib. Birinə yazıb ki, “doğum günün qutlu olsun”. Başqa birinə də yazıb ki, “milləti aşağılamayın”. “Doğum günün” nədir, a kişi? Bu sözü eşidəndə roddom yadıma düşür. “Aşağılamaq” nədir? Ana dilimizin evini belə yıxırlar e...Klyanus, dəli oluram, son illərdə nə qədər türk sözü keçib dilimizə...Əllərim gicişir e, indi yazacam ki, a kişi, a pantürkist, qutlu nədi, aşağılamaq nədir. Yazacam ki, ana dilinin anasını ağlatmayın. 

- Aaz, qabaqda povorot var, orda QAİ dayanıb, danışammıram. 

- Skorotsu aşağı sal, nauşniki tax. Nədən qorxursan, ştraf yazmaz saa,”Press” yazısını qabaq porpresə tax.
 
- Xoroşo doroqaya,  QAİ-ni keçim, qəşəng cümlələr deyəjəm, onu yaz. Qoy cızdağın çıxaraq o pantürkistin. 

- Hə yaxşı...Mənə bax, JEK-dən gəlmişdilər, qodovoy kvartplatanı istədilər. 

- Vermə. Poşli oni ya yuq! Çox o yan, bu yan eləsələr, denən axşam özüm həyətdə olajam, besedkaya gəlsin, bir az platit eləyim... Nə alım gələndə? 

- Spişka, qırmızı yazan iki ruçka, bir də razetka. Başqa  vajnı şeylər də var, onları bazar günü alarıq. 

- Nə? 

- Dopustim, paduşka üzü, prostina... 

- Yaxşı yadıma düşdü, odeyalda soyuqdu mənə. Yorğanı çıxar yük yerindən, sər üstümə axşam. 

- Ladno. 

- Poka.


KARUSEL / ÖLKƏ / YAZARLAR
Tarix: 26-11-2019, 11:02