İranda polis məntəqəsinə hücum olub, 12 əməkdaş ölüb

Məlumatı “Fars” agentliyi yayıb.
Məlumata görə, hücumu “Çeyş-əl-Adl” qruplaşması həyata keçirib. Bildirilib ki, atışma nəticəsində silahlı qruplaşma üzvləri də itki verib.
Bəluclar İran, Əfqanıstan və Pakistanla həmsərhəd ərazilərdə yaşayır. İranın təhlükəsizlik qüvvələri ilə bəluc silahlıları arasında tez-tez qarşıdurma olur.
Etnik azlıq olan bəluclar milli hüquqlarının təmin olunmasını, həyat şəraitlərinin yaxşılaşdırılmasını tələb edirlər.(report)
KARUSEL / DÜNYA
Tarix: 15-12-2023, 11:14