Pentaqon Qırmızı dənizi qorumaq üçün əməliyyata başlayıb
Pentaqon rəhbəri Lloyd Austin Qırmızı dənizdə husilərin gəmilərə hücumlarının qarşısını almaq üçün əməliyyata başladığını açıqlayıb.
Rusiya KİV xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin saytında məlumat verilib.
Məlumata görə, əməliyyat “Rifahın keşikçisi” adlandırılıb. Böyük Britaniya, Fransa, İtaliya, Niderland, Bəhreyn və Seyşel adaları da daxil olmaqla, bir çox dövlətlər burada iştirak edəcək.
L.Ostin açıqlamasında vurğulayıb ki, dəniz əməliyyatı Qırmızı dənizin cənubunda və Ədən körfəzində husilərin hücumlarının qarşısını almaq üçün nəzərdə tutulub.(report)
KARUSEL / DÜNYA
Tarix: 19-12-2023, 13:32