mobil versiya

Pentaqon rəhbəri İraqa elan olunmamış səfər edib



Pentaqonun rəhbəri Lloyd Ostin İraqa elan olunmamış səfər edib.
Onun Bağdadda İraqın Baş naziri Məhəmməd əl-Sudani ilə danışıqlar aparacağı bildirilir.
L.Ostin həmçinin Ərbil şəhərinə səfər edəcək və burada İraqın şimalındakı kürd muxtar bölgəsinin rəhbərliyi ilə görüşəcək.
Qeyd edək ki, Pentaqon rəhbəri Yaxın Şərqə səfərini martın 5-də İordaniyadan başlayıb. Onun Misir və İsrailə də getməsi planlaşdırılır.(Report)

KARUSEL / DÜNYA
Tarix: 7-03-2023, 12:59