mobil versiya

ABŞ müdafiə naziri İsrailə gedib, İrana qarşı birgə mübarizə məsələləri müzakirə olunub



İsrailin Baş naziri Benjamin Netenyahu bu ölkədə səfərdə olan ABŞ müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostinlə İrana qarşı birgə mübarizəni müzakirə edib. 

O, bu barədə instagram səhifəsində yazıb. 
“Bu gün mən ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə görüşdüm. Bizim ümumi məqsədimiz İranın nüvə silahı əldə etməsinə mane olmaq, İranın təcavüzünün qarşısını almaq, regionda təhlükəsizliyi və rifahı qorumaqdır”.

KARUSEL / DÜNYA
Tarix: 9-03-2023, 16:44