PKK-dakı qadınların "lideri" Zeynep Eyveri məhv edilib

“AzPolitika.info” xəbər verir ki, MİT-in əməliyyatı nəticəsində PKK-nın sözdə idarəçilərindən olan “Aryen Are” kod adlı Zeynep Eyveri məhv edilib.
Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, MİT tərəfindən aparılan araşdırmalarda İran-İraq sərhədindəki bütün qadın terrorçuların fəaliyyətindən məsul olan Eyverinin İraqın Süleymaniyyə çölündə yerləşən Pencevin bölgəsində olduğu müəyyən edilib.
Şimali İraqdakı hərbi bazalara hücum planlaşdıran terrorçu hərəkətə keçmədən MİT tərəfindən zərərsizləşdirilib.
KARUSEL / DÜNYA
Tarix: 27-12-2023, 12:59