mobil versiya

İraqda terrorçular məhv edildi


İraqda terrorçular məhv edildi

Türkiyənin Hərbi Hava Qüvvələri İraqın şimalında, Qara ərazisində PKK-nın üç terrorçusunu zərərsizləşdirib.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin xəbərində deyilir.

"Türkiyə İraqın şimalında terrorçuların mövqelərinə effektiv zərbələr endirməyə davam edir. Türkiyənin Hərbi Hava Qüvvələri uğurlu hava əməliyyatı nəticəsində Qara ərazisində PKK-nın üç terrorçusunu zərərsizləşdirib", - xəbərdə deyilir.

Qeyd edək ki, PKK terrorçuları Türkiyədə bir sıra qanlı terror aktları həyata keçiriblər.
SON XƏBƏR / KARUSEL
Tarix: 27-06-2021, 20:52