mobil versiya

Çavuşoğlu: “Terrorla “mübarizə aparan” ölkələr PKK-nın qətliamına səssiz qalıb”




Bu iki gün ərzində terrorla “mübarizə aparan” ölkələrin PKK-nın qətliamına səssiz qaldıqlarını, ya da müxtəlif bəhanələr gətirdiklərini müşahidə edirik. 

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 13 Türkiyə vətəndaşının PKK terror təşkilatı tərəfindən qətlə yetirilməsinə münasibət bildirərkən deyib. 

“Əlbəttə, şəhidlərimizin qanı yerdə qalmayacaq”, - deyə nazir vurğulayıb. 

Qeyd edək ki, dünən Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında Qara əməliyyat bölgəsində PKK/YPG-ya qarşı apardığı “Pəncə Qartal-2” hərəkatında terrorçuların mağarasından 13 günahsız Türkiyə vətəndaşının meyitinin aşkarlandığını bildirib. Altı il əvvəl girov götürülən həmin şəxslər arasında Türkiyənin müdafiə və daxili işlər nazirliklərinin əməkdaşları da var.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 15-02-2021, 13:37