mobil versiya

Çavuşoğlu: “Tramp 5 dəqiqədən bir fərqli “tvit” atır, onun hansına inanaq?”



Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ Prezidenti Donald Trampın oktyabrın 9-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana "Barış bulağı" hərəkatı ilə bağlı yolladığı məktuba münasibət bildirib.

APA-nın yerli bürosunun xəbərinə görə, BBC-yə müsahibə verən nazir bildirib ki, ABŞ-ın məktubuna müvafiq cavab verilib.

Onun sözlərinə görə, Prezident Ərdoğan terrorçularla müzakirə aparılmayacağını bəyan edib: “Dünən Tramp PKK-nın İŞİD-dən betər olduğunu deyib. Bizim üçün onların ikisi arasında hər hansı fərq yoxdur”.

ABŞ-la birlikdə təhlükəsiz bölgə yaratmaq istədiklərini xatırladan M. Çavuşoğlu vurğulayıb ki, bu istəklərinə nail ola bilməyiblər.

“Trampın hansı “tvit”inə inanaq? Onun hansı “tvit”ini izləməliyəm? 5 dəqiqədən bir fərqli “tvit” atır. Biz heç kimdən yaşıl işıq yandırmalarını istəmədik. Onlarla birlikdə əməkdaşlıq etmək istədik, ancaq təəssüf ki, vəzifələrini yerinə yetirmədilər”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.

SON XƏBƏR / GÜNDƏM / DÜNYA
Tarix: 17-10-2019, 20:00