Yoko Kamikava Ukraynaya səfərə gəlib
Yaponiyanın xarici işlər naziri Yoko Kamikava Ukraynaya səfər edib.
Bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, nazir Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə danışıqlar aparacaq.
Yaponiyalı nazirin bir sıra Avropa ölkəsinə, o cümlədən Polşa və Finlandiyaya, həmçinin ABŞ və Türkiyəyə səfəri gözlənilirdi. Ancaq Ukraynaya səfər barədə əvvəlcədən məlumat verilməmişdi.
Yoko Kamikava qışda Ukraynanın elektrikləşdirilməsi üçün lazım olan avadanlığın böyük partiyasının qarşı tərəfə təhvil verilməsi mərasimində də iştirak edəcək.
Fevralın 19-da Tokioda Ukraynanın iqtisadi inkişafı və bərpasına dair Yapon-Ukrayna konfransı keçiriləcək. Konfransda Ukraynanın Baş nazir Denis Şmıqalın iştirakı gözlənilir.
KARUSEL / DÜNYA
Tarix: 7-01-2024, 09:54