mobil versiya

76 ölkədə bu il seçkilər keçiriləcək



2024-cü il seçkilər üçün tarixdə ən böyük il olacaq. Dünya əhalisinin yarıdan çoxu səsverməyə qatılaraq öz maraqlarını kimin təmsil edəcəyinə qərar verəcək.
“Economist” jurnalı 2024-cü ili “tarixin ən böyük seçki ili” adlandırıb.
2024-cü ildə 76 ölkədə seçkilər keçiriləcək. EIU Demokratiya İndeksinə görə, onlardan yalnız 43-ü azad və ədalətli seçkilərə ümid edə bilər. Üstəlik, azad seçkilərin keçirildiyi bu 43 ölkədən 28-i yaxın 5 il üçün Avropa Parlamentinin üzvlərini müəyyənləşdirməyə hazırlaşan Avropa İttifaqının tərkibindədir.
Bundan başqa, əhalinin sayına görə 10 ən böyük ölkədən 8-də (Çin və Nigeriya istisna olmaqla) seçkilər keçiriləcək: Hindistan, ABŞ, İndoneziya, Pakistan, Braziliya, Banqladeş, Rusiya və Meksika. Bu ölkələrin ən azı yarısı hakimiyyət uğrunda ədalətli mübarizənin gözlənilə biləcəyi dövlətlər kateqoriyasına aid deyil.
“ABŞ seçkiləri geosiyasi risklərin təkamülü baxımından mərkəzi olacaq. Bu seçkilərə hazırlıq Ukrayna və Qəzza zolağındakı iki böyük münaqişə fonunda gedir”, – Avropanın “Scope Ratings” reytinq agentliyi hesab edir.
Seçkilərin Tayvanda yanvar, Rusiyada mart, Böyük Britaniyada yaz ayları, Meksikada iyun, Aİ/Avropa Parlamentində iyun, Venesuelada ilin ikinci yarısı və ABŞ-da noyabrda keçirilməsi gözlənilir.


KARUSEL / DÜNYA
Tarix: 7-01-2024, 12:36