mobil versiya

Pakistanın seçki orqanı hökumətdən ümumi seçki günü ordu yerləşdirməyi xahiş edib


Pakistanın yüksək seçki orqanı hökumətdən ümumi seçkilər günü sülhü qorumaq üçün nizami ordu qoşunlarını yerləşdirməyi xahiş edib.
Pakistan Seçki Komissiyası (Election Commission of Pakistan - ECP) bununla bağlı Daxili İşlər Nazirliyinə məktub yazıb.
Məktubda deyilir ki, əyalət polisi səsvermə əsnasında təhlükəsizliyi təmin etmək üçün kafi deyil. Qarşıdan gələn ümumi seçkilər üçün kadr lazımdı, vilayətlər və federasiyada 277.558 polis işçisi çatışmazlığı var. Məktubda ölkədə asayişin bərbad vəziyyətindən bəhs edilərək, ordu və mülki silahlı qüvvələrin statik və çevik reaksiya qüvvəsi kimi yerləşdirilməsinin təmin edilməsi qeyd edilib. Nazirlikdən bu barədə dekabrın 7-dək komissiyaya məlumat verilməsi xahiş olunub.
Xatırladaq ki, ECP 2024-cü il fevralın 8-nə ölkədə ümumi seçki təyin edib.
KARUSEL / DÜNYA
Tarix: 5-12-2023, 16:01