Qeydiyyat yerini dəyişən seçicilərin nəzərinə! - Müddət sabah başa çatır
Azərbaycanda fevralın 9-na təyin edilmiş parlament seçkilərində seçiciyə müvafiq məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma vəsiqəsinin verilməsi müddəti başa çatır.
REPORTYOR.AZ-ın secki-2020.az saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasında parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, vəsiqələr Səsvermə gününə 3 gün qalanadək, yəni 2020-ci il fevralın 6-dək verilməlidir.
Fevralın 6-da həmçinin seçki bülletenlərinin dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi prosesi başa çatır.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 5-02-2020, 11:40