MDB missiyasının rəhbəri: “Seçkilər islahatlar baxımından mühüm addım oldu”
“Növbədənkəanr parlament seçkilərinin keçirilməsi Azərbaycanda islahatların genişləndirilməsi və davam etdirilməsi baxımından mühüm addım oldu”.
“Report” xəbər verir ki, bunu MDB müşahidə missiyasının rəhbəri, MDB-nin İcraiyyə Komitəsi sədrinin birinci müavini - İcraçı katibi Viktor Quminski deyib.
“Seçkilər milli qanunvericiliyə uyğun olaraq, rəqabətli, azad və demokratik seçkilər prinsiplərinə uyğun keçirildi. MSK seçkilərə ardıcıl və ahəngdar şəkildə hazırlaşmışdı, seçicilər və komissiyalar üçün hər cür şərait yaradılmışdı”, - o bildirib.
Onun sözlərinə görə, müşahidə missiyasında seçkilərlə bağlı məlumat və materiallara tam çıxış imkanı olub: “Bütün seçki məntəqələri seçkilərə tam hazır vəziyyətdə idi. Vətəndaşlardan şikayət daxil olmayıb. Namizədlərinin sayının çox olmasını müsbət element kimi dəyərləndiririk, çünki belədə insanların seçim üçün alternativi çox olur”.
SON XƏBƏR / KARUSEL
Tarix: 10-02-2020, 12:40