MDB hökumət başçıları Moskvada iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edəcəklər

"Moskvada keçiriləcək görüşdə hökumət başçıları Birlik çərçivəsində iqtisadi əməkdaşlığın aktual problemlərini müzakirə edəcəklər. Xüsusilə rəqəmsal iqtisadiyyatın inkişafına diqqət yetiriləcək", - deyə İcraiyyə Komitəsi rəhbərinin birinci müavini deyib.
V. Quminski həmçinin bildirib ki, MDB ölkələrinin informasiya təhlükəsizliyinin təmin edilməsi strategiyasının müzakirəsi, 1979-1989-cu illərdə Əfqanıstanda müharibədə itkin düşmüş hərbçilərin axtarışının davam etdirilməsi barədə qərarın qəbulu gözlənilir.
"Bundan əlavə, "anti-inhisar tənzimlənməsi, baytarlıq, naviqasiya və bütün Birlik dövlətlərinin maraqlarına cavab verən digər mövzularda dair" qərarlar qəbul ediləcək", - deyə V.Quminski qeyd edib.
Zümrüd Paşkin /APA/
GÜNDƏM / SİYASƏT / DÜNYA
Tarix: 28-08-2019, 14:08