24 nəqliyyat vasitəsi hərracda satılıb
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 164 sifariş qəbul edilib və 24 nəqliyyat vasitəsi satılıb.
Əmlak Məsələləri Dövlət Xidməti xəbər verir ki, rəqabətli keçən hərracda “Toyota Corolla” markalı avtomobilin start qiyməti 6 min 750 manat olsa da, son təklif 13 min 500 manata yüksəlib. Start qiyməti 8 min manat olan “Nissan Patrol” markalı nəqliyyat vasitəsi isə 14 min 800 manata özəlləşdirilib.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 10-01-2024, 12:29