Növbəti hərraca 40 dövlət əmlakı çıxarılacaq
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mayın 30-da keçiriləcək növbəti hərraca çıxarılan 40 əmlakdan 3-ü səhmdar cəmiyyətinin səhm paketi, 12-si kiçik dövlət müəssisəsi və obyekti, 25-i isə nəqliyyat vasitəsidir.
Dövlət Xidmətindən bildirilib ki, hərracda iştirak edəcək şəxslər təmir və nəqliyyat sahələri üzrə “Azinterservis”, “Yevlax Tikinti Quraşdırma” və “Xaçmaz Mexanizasiya Nəqliyyat” səhmdar cəmiyyətlərinin səhmlərini özəlləşdirə bilərlər. Səhmdar cəmiyyətlərin nizamnamə kapitalı 65 min manatla 886 min 154 manat arasında dəyişir. Dövlət əmlaklarının əksəriyyəti torpaq sahələri ilə birgə özəlləşdirilməyə çıxarılıb. Hərraca çıxarılan nəqliyyat vasitələri əsasən Rusiya və Çexiya istehsalıdır.
Mayın 30-da keçiriləcək hərraca çıxarılan dövlət əmlaklarının tam siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 10-05-2023, 17:59