Mərakeşin memarlıq irsi - eksklüziv fotosərgi
Mərakeş Krallığının Azərbaycandakı Səfirliyi Bakı Fotoqrafiya Evi ilə əməkdaşlığı çərçivədində eksklüziv fotosərgi təşkil edib.
Fotosərgidə Mərakeş memarlıq irsinin zəngin və geniş spektrini nümayiş etdirən, 28-ci əsrə aid tikililərdən tutmuş müasir möcüzələrə qədər, diqqətlə seçilmiş 80-dən çox fotoşəkil kolleksiyası nümayiş olunub.
Sərginin açılışında Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş çıxış edərək deyib ki, bu gün ölkəsinn tarixində dönüş nöqtəsinin ildönümüdür, çünki bu gün bir qrup millətsevərin Mərakeşin Fransa müstəmləkəçiliyindən müstəqilliyini rəsmən tələb etməsindən 80 il ötür:"2024-cü ilin ilk mədəni tədbirinin açılışını etmək Mərakeş Səfirliyinə böyük sevinc və qürur bəxş edir. Bir neçə dəqiqədən sonra hər biriniz Mərakeşin hüdudlarından kənarda yayılmış, çoxəsrlik mirasın sübutu olan və xüsusi diqqətlə seçilmiş 90 fotoşəkillə tanış olacaqsınız".
Səfir deyib ku, sərgi altı maraqlı bölmədən ibarətdir.
1. Liksus, Volubilis və Tamuda kimi şəhərlərlə memarlıq tariximizin əsaslarının qoyulduğu, təxminən 28 əsr əvvəl başlayan antik dövr;
2. 788-ci ildən Mərakeş Milli Dövlətini quran İdrisilərdən tutmuş, Əlahəzrət Kral VI Məhəmmədin başçılıq etdiyi indiki hakim Ələvi sülaləsinə qədər ölkəni idarə edən ardıcıl sülalələr dövrü. Bu sülalələr nəinki Mərakeşin memarlıq simasını formalaşdırdı, həm də Pireney yarımadası və Şimali Afrika boyunca davamlı miraslar qoydular;
3. Sərgi bizə əsasən Amazıgh bölgələrində Kasbahs və Ksours-un nəfəs kəsən mənzərələrini göstərir. Bu yerlərin bir çoxu YUNESKO-nun Ümumdünya İrsi Obyektləri kimi siyahıya alınmışdır və Ksar Ait Benhaddou kimi 80-ə yaxın film və seriallarda, məsələn, Taxt-Tac Oyunları, Qladiator, Fars Şahzadəsi və s. kimi əsərlərin çəkildiyi yer olmuşdur;
4. Daha sonra Mərakeşin dövlətçilik rəmzi olan şəhərlərinin bəzi fotoşəkillərini, ölkənin zəngin və rəngarəng tarixinin irsini görəcəksiniz. Hər bir şəhərin qədim mədinələrində özünəməxsus cazibədarlıq və labirint küçələr var.
5. Müasir dövr bir tərəfdən innovasiya və texnologiyanın ahəngdar qarışığı, digər tərəfdən isə materiallar və dizayn baxımından dəyərli irsə dərin bir hörmətdir.
6. Nəhayət, Mərakeş memarlığının təcəssümü olan bəzi riadların fotoşəkillərini izləyə biləcəksiniz. Burada zənginlik və incəliyin rəqabətini təşkil edən sənətkarlar davamlı yaradıcılıq və yenilik dövrünü stimullaşdırır, hər biri müəyyən edilmiş normalardan kənara çıxaraq öz sənətləri ilə sərhədləri aşmağa çalışır.
Diplomatın sözlərinə görə, bu 90 fotoşəkil onların keçmişinə, bu gününə və gələcəyə dair arzularına dair bir pəncərədir. Onlar Mərakeşin ruhunu, onun ənənə, innovasiya və sonsuz gözəlliyinin mürəkkəb birləşməsini ümumiləşdirir.
Sərgi yanvarın 11-dən 17-dək davam edəcək.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 11-01-2024, 18:41