Mərakeş gənc Azərbaycan rəssamlarının gözü ilə
Mərakeş Krallığının Bakıdakı Səfirliyi 25-28 aprel 2023-cü il tarixlərində Bakı Gənclik Mərkəzində (BGM) “Mərakeş gənc Azərbaycan rəssamlarının gözü ilə” mövzusunda rəsm sərgisi təşkil edir.
"Reportyor.az" xəbər verir ki, bu sərgi Səfirliyin ötən ilin yayında başladığı eyni mövzu ətrafında rəsm müsabiqəsində iştirak edən gənc rəssamların yaradıcılığına və səylərinə qiymət verir.
Tanınmış Mərakeş və Azərbaycan rəssamlarından ibarət münsiflər heyəti ilə birgə təşkil olunub, bu müsabiqə ictimaiyyət arasında böyük uğur qazandı və 520 gənc azərbaycanlı rəssamın iştirakı ilə seçilib.
8 dekabr 2022-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində münsiflər heyəti tərəfindən seçilmiş əsərlərin mükafatlandırılması mərasimi təşkil edilib.
2023-cü il aprelin 25-dən 28-dək təqdim olunan əsərlər Mərakeşin mədəni müxtəlifliyinə, oyandırdığı ilham və emosiyaya təmsil edir. Onlar həmçinin istifadə olunan texnikanın müxtəlifliyi vasitəsilə Azərbaycan gənclərinin böyük istedadını və bədii potensialını əks etdirir.
Açılış nitqində Mərakeş Krallığının səfiri Mohamed Adil Embarch bütün gənc rəssamları təbrik edərək, Mərakeş və Azərbaycan mədəniyyətləri arasında çoxlu oxşarlıqları xatırladıb, Mərakeşin hər zaman Yves Saint-Laurent, Eugène Delacroix, Henri Matisse, Paul Bowles və digərləri kimi böyük sənətkarlar üçün ilham mənbəyi olduğunu vurğulayıb.
Rəssamlıq, yazı, musiqi, kino və ya moda sahələrində Mərakeş ziyalıları tez-tez rəssamların hisslərini qamaşdırır və onların yaradıcılığını stimullaşdırırdı.
Səfir həmçinin bu tədbirin reallaşmasında və Mərakeş ilə Azərbaycan arasında mövcud olan mədəni əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verdiyinə görə Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz xanım Babayevaya təşəkkürünü bildirib.
Açılış bir sıra azərbaycanlı şəxsiyyətlərin, o cümlədən rəssamların, həmçinin gənc rəssamların və onların ailə üzvlərinin, diplomatik korpusun və bir çox KİV nümayəndələrinin iştirakı ilə baş tutub.
KARUSEL / MƏDƏNİYYƏT

Tarix: 25-04-2023, 15:57