mobil versiya

Heydər Əliyev Mərkəzində Salvador Dalinin “Sürrealizm mənəm” adlı sərgisi açılacaq


Aprelin 26-da Heydər Əliyev Mərkəzində XX əsrin məşhur rəssamlarından olan Salvador Dalinin “Sürrealizm mənəm” adlı sərgisi açılacaq.
Salvador Dalinin Azərbaycanda ilk dəfə təqdim olunacaq əsərləri sırasında rəssamın qrafik əsərləri, şüşədən və bürüncdən hazırlanan heykəltəraşlıq nümunələri nümayiş olunacaq.
Heydər Əliyev Mərkəzində təqdim olunacaq əsərlər dünyada S.Dalinin original işlərindən ibarət olan ən böyük kolleksiyalardan biridir.
Qeyd edək ki, sərgi oktyabrın 8-dək davam edəcək.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 18-04-2023, 15:33