mobil versiya

Səfir: “Mərakeş və Azərbaycan unikal, rəngarəng özünəməxsusluğu və mədəniyyətini formalaşdıran zəngin tarixə malikdir”


Mərakeş Krallığı ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd edilməsi çərçivəsində bu ölkənin Bakıdakı Səfirliyi "Mərakeş Azərbaycan gənc rəssamlarının gözü ilə” adlı rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirib.
Xatırladaq ki, Səfirlik ikitərəfli diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə yanaşı, digər iki mühüm hadisə, o cümlədən, şanlı Yaşıl Yürüşün 47-ci ildönümünü, eləcə də Mərakeşin Müstəqilliyinin 67-ci ildönümü qeyd etmək məqsədi ilə 6-18 yaş arası gənc azərbaycanlı rəssamlar üçün bu Müsabiqəyə 2022-ci ilin avqustunda başladıb.
Reportyor.az xəbər verir ki, mədəni tədbirdə iştirakçılar üç yaş kateqoriyasına bölünüb: 6 yaşdan 10 yaşa qədər, 10 yaşdan 14 yaşa qədər və 14 yaşdan 18 yaşa qədər. Qalib olan rəsmlər tanınmış Mərakeş və Azərbaycan rəssamları Mahi Binebine, Abderrahim Yamou, Əsmər Nərimanbəyova və Nərgiz Quliyevadan ibarət olan münsiflər heyəti tərəfindən seçilib.
Rəsm müsabiqəsi böyük uğurla keçib və Səfirlik Azərbaycanın bütün bölgələrindən 500-dən çox gənc rəssamların əsərlərini qəbul edib. Bu həvəs gənclərin mədəniyyətə, xüsusən də rəssamlığa olan böyük marağını, eyni zamanda Mərakeşə qarşı Azərbaycan cəmiyyətində xüsusi yerə malik olan mübahisəsiz rəğbət əks etdirir.
Səfirlik xüsusi olaraq bu məqsədə həsr olunmuş internet saytını (https://www.marakeshresm.art/) yerləşdirmişdir ki, burada hər bir iştirakçı Müsabiqənin qaydaları ilə maraqlana və Mərakeş haqqında mövzular və şəkillərlə bağlı təkliflər vasitəsilə ilhamlala bilsin.
Səfir Mohamed Adil Embarş çıxışında Mərakeş ilə Azərbaycan arasında bir çox oxşarlıqları birləşdirən möhkəm dostluq əlaqələrini xatırladıb. Onun sözlərinə görə, iki ölkə tolerantlıq və sülh yaşama rəmzidir. Adil Embarş hər iki ölkənin unikal, rəngarəng özünəməxsusluğu və mədəniyyətini formalaşdıran zəngin tarixə malik olduğunu söyləyib.
O, öz işləri ilə mübahisəsiz keyfiyyət və zəngin yaradıcılıq nümayiş etdirən bütün iştirakçılara təşəkkürünü bildirib. Diplomat qeyd edib ki, əsərlər müxtəlif texnikaları (quaş, akvarel, şüşə üzərində rəsm və s.) ilə seçilir. O, həmçinin münsiflər heyətinin üzvlərinə, beynəlxalq miqyasda tanınan sənətçilərə peşəkar iştiraklarına və bu Müsabiqənin uğur qazanmasında verdikləri töhfəyə və həmçinin, Mərakeş vətəndaşı Khalid Samaka tərəfindən idarə olunan tərəfdaş şirkət Holcim Azərbaycana təşəkkür edib.
Mükafatlandırma mərasimində muğam musiqi truppası "Bent Bladi", "İnas İnas", "Raksat Al Atlas" kimi Mərakeş mahnılarını, eləcə də məşhur Azərbaycan mahnılarını ifa edib.

Reportyor.az





KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 8-12-2022, 23:10