mobil versiya

"Biz Vyananı, Dubayı özümüzə müqayisə üçün götürdük" - Anar Quliyev



Bakının Baş planı Vyana və Dubay şəhərlərinə uyğun olaraq nümunə götürülüb.
Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Bakı insanlar üçün daha rahat şəhərə çevrilir: “Lakin əvvəllər daha çox avtomobillər şəhərdə rol oynayırdı. Biz Vyananı, Dubayı özümüzə müqayisə üçün götürdük. Bilirik ki, Dubayda piyada hərəkəti üçün ciddi infrastruktur yaradılır. Vyana ictimai nəqliyyatdan rahat istifadə olunan şəhərdir”.
O qeyd edib ki, Komitə Vyananı özünə nümunəvi hədəf kimi götürüb.

KARUSEL / CƏMİYYƏT
Tarix: 16-01-2024, 12:29