mobil versiya

Ölkədə keçirilən satınalmaların məbləği 7,5 milyard manatdan artıq olub


Elektron satınalmalar nəticəsində sahibkarlar üçün dövlət satınalmaları daha əlçatan olacaq və müvafiq sahədə rəqabəti təşviq edəcək.
Bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ötən ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ötən il ümumi satınalmaların məbləği 7,5 milyard manatdan çox olub.
“Hesabat dövründə elektron satınalmaların ümumi satınalmalarda payı 22,4 faiz təşkil edib. 2022-ci illə müqayisədə ötən il elektron satınalmaların həcmi 32,9 faiz artıb”, - deyə qurum rəhbəri əlavə edib.
Məmməd Abbasbəyli Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən "Ticarət haqqında" qanun hazırlandığını və hazırda razılaşdırma mərhələsində olduğunu qeyd edib. Xidmət rəisi əlavə edib ki, elektron rəqabət portalının yaradılması istiqamətində də işlər aparılır: “Bu, çevikliyin, şəffaflığın və məqsədyönlülüyün inkişafına mühüm töhfə verəcək. Layihə Nazirlər Kabinetinə təqdim olunub və qısa müddətdə istifadəyə veriləcək”.


KARUSEL / İQTİSADİYYAT
Tarix: 18-01-2024, 12:02