mobil versiya

İsrail ordusu Dəməşqi bombalayıb, Sepahın 5 əməkdaşı ölüb



İsrail ordusunun Suriyanın Dəməşq şəhərini bombalaması nəticəsində İran İslam İnqilab Keşikçiləri Korpusunun (Sepah) 5 əməkdaşı ölüb.
Məlumatı “France Press” Agentliyi yayıb.
Hadisə Sepah üzvlərinin İrana aid bir qərargahda iclas keçirdiyi zaman baş verib.
Məlumata görə, təxminən bir ay əvvəl İsrailin Dəməşqə hava zərbələri nəticəsində İran İslam İnqilab Keşikçiləri Korpusunun briqada generalı Razi Musəvi də ölmüşdü. O, 4 il öncə ABŞ hərbçiləri tərəfindən zərərsizləşdirilmiş Sepahın Qüds qolunun komandanı, general Qasım Süleymaninin ən yaxın adamı sayılırdı.(report)
KARUSEL / DÜNYA
Tarix: 20-01-2024, 14:19