mobil versiya

İsrail ordusunda İran üzrə hərbi birləşmə yaradılıb



İsrail ordusunda İran üzrə yeni hərbi birləşmə yaradılıb.
“AzPolitika.info” xəbər verir ki, bu barədə İsrailin “Ynet” xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, İsrail ordusunun kəşfiyyatında vəzifəsi İran, xüsusilə də İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə bağlı məlumatlar toplamaq və İranla birbaşa müharibə üçün İsrail ordusunu informasiya ilə təmin edən yeni alay yaradılıb.
Məlumata əsasən, İsrail ordusunun yeni alayının 54-cü birləşməsində onlarla əsgər və zabit İranda baş verən prosesləri, o cümlədən raket və pilotsuz təyyarə proqramlarını izləyirlər.
KARUSEL / DÜNYA
Tarix: 13-06-2023, 16:04