mobil versiya

Vergi orqanlarına olan şikayətlərin sayı 12 faiz azalıb



Ötən il ərzində ümumilikdə vergi orqanlarına 337 min 285 müraciət daxil olub ki, bunun da 93 faizi ərizə, digərləri təklif və şikayət olub.
Dövlət Vergi Xidməti xəbər verir ki, müraciətlərin 98,6 faizinin baxılması il ərzində başa çatdırılıb. Baxılmış müraciətlərdən 64,8 faizi həll olunub, digərləri barədə qanuna müvafiq izahatlar verilib.
Daxil olmuş şikayətlərin faktiki sayı əvvəlki illə müqayisədə 11,9 faiz azalıb. Həll edilmiş şikayətlərin əksəriyyəti kameral vergi yoxlaması, vergiödəyicisinin qeydiyyatı, maliyyə sanksiyasının silinməsi, vergi mükəlləfiyyəti növləri, sosial sığorta ödənişləri, vergi borcu, şəxsi hesab vərəqələri və digər məsələlər ilə əlaqədar olub.
2023-cü il ərzində Dövlət Vergi Xidmətinin aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 736, o cümlədən şəhid ailəsi və müharibə iştirakçısı olan 69 vətəndaşın qəbulu təşkil edilib.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 23-01-2024, 18:04