“ABŞ Türkiyəni F-35 ailəsinə qəbul etməkdən məmnun olardı” - Nuland
“Biz uzun illərdir ki, həm S-400-lərin alınmasından əvvəl, həm də o vaxtdan bəri Türkiyənin hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi haqqında təkliflər edirik. Bu problemin öhdəsindən gələ bilsək, yenidən F-35 danışıqlarına qayıda bilərik”.
“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland “CNN Türk”ə müsahibəsində deyib.
Nuland qeyd edib ki, "S-400"-lərlə bağlı problem öz həllini tapsa, ABŞ Türkiyəni yenidən "F-35" istehsalı proqramına qaytara bilər:“Biz Patriot satışı ilə bağlı danışıqlar prosesində idik və bu danışıqlar davam edərkən Türkiyə başqa istiqamətə getdi. Ona görə də bu gün bəzi danışıqlarımız oldu. Açığı, əgər biz bu S-400 məsələsini həll edə bilsək, ABŞ Türkiyəni yenidən F-35 ailəsinə qəbul etməkdən məmnun olardı”.
KARUSEL / DÜNYA
Tarix: 30-01-2024, 14:55