mobil versiya

Türkiyə prezidentinin sözçüsü: "Bizimlə kimsə təkəbbürlə danışa bilməz"




“Bizimlə heç kimsə təkəbbürlə “ya biz deyən olmalı, ya da heç nə” deyə tələb edə bilməz”.

“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi nümayəndəsi İbrahim Kalın “Bloomberg”ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya istehsalı olan “S-400” zenit raket kompleksini əldə etdiyi üçün ABŞ-ın Türkiyəyə təzyiqlərinin əks-nəticəsi də ola bilər:

“Bizimlə heç kim təkəbbürlə “ya biz deyən olmalı, ya da heç nə” deyə tələb edə bilməz. Belə münasibət bizi başqa istiqamətə yönəldər”.

Qeyd edək ki, Türkiyə 2017-ci ildə Rusiyadan “S-400” alıb. ABŞ və NATO-dakı bəzi müttəfiqləri hesab edir ki, Türkiyə bununla Alyansın təhlükəsizliyini təhdid edir.
SON XƏBƏR / KARUSEL
Tarix: 8-03-2021, 10:00