mobil versiya

İmişlidə erkən nikah əleyhinə aksiya keçirilib



“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi İmişli rayonunda “Ucqar ərazilərdə erkən nikahların başverməsinin qarşısının alınması üçün əlverişli mühit yaradılmasına dəstəyin artırılması” təşəbbüsü çərçivəsində gənc fəalların və könüllülərin iştirakı ilə ucqar kəndlərdə erkən nikah əleyhinə aksiyalara başlayıb.
 
İctimai birlikdən Reportyor.az-a bildirilib ki, aksiyalar zamanı kəndlərdə əhalinin sıx toplandığı yerlərdə erkən nikah əleyhinə posterlər asılmış, kənd sakinləri arasında bukletlər paylanılmış, kənd sakinləri ilə fərdi söhbətlər və fikir mübadilələri aparılıb. Yerli icra və bələdiyyə nümayyəndələri ilə görüşlər keçirilmiş, binaların qarşısına erkən nikahlar əlehyinə posterlər asılıb. Aparılan fərdi görüşlər və söhbətlər zamanı erkən nikahları doğuran hallar və səbəblər, erkən nikah praktikasının qarşısının davamlı və effektif şəkildə alınması yolları müzakirə edilib. Yerli sakinlər tərəfindən müxtəlif fikirlər və təkliflər səsləndirilib. Keçirilən aksiyaların məqsədi erkən nikah hallarının qarşısını almaq üçün daha effektiv, təsirli təcrübə, mexanizimləri və yanaşmaları tətbiq və təbliğ etməkdir.
 
Bu fəaliyyətlər Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsinin dəstəyi ilə icra edilir.

KARUSEL / CƏMİYYƏT
Tarix: 9-02-2024, 14:32