mobil versiya

Ötən il 269 erkən evliliyin qarşısı alınıb


2022-ci ildə Azərbaycanın 12 iqtisadi rayonu üzrə 269 erkən evliliyin qarşısı alınıb.
Bu barədə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2022-ci ildə fəaliyyəti haqqında məlumatında qeyd olunub.
Qazax-Tovuz (68 erkən evlilik) və Lənkəran-Astara (57 erkən evlilik) iqtisadi rayonlarının göstəricilərinə əsasən, bu ərazilərdə daha çox erkən evlilik faktı müəyyən edilib.


KARUSEL / CƏMİYYƏT
Tarix: 19-12-2023, 12:21