İtaliyanın müdafiə naziri xəstəxanaya yerləşdirilib
İtaliyanın müdafiə naziri Quido Krosetto xəstəxanaya yerləşdirilib.
Bu barədə Reuters agentliyi İtaliyanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, güclü sinə ağrısı şikayəti ilə tibbi yardım üçün müraciət edən nazir perikardit şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Həkimlər koronar angioqrafiyadan keçən Krosettonun vəziyyətinin yaxşı olduğunu və artıq evə gedə biləcəyini desələr də, italiyalı nazir ətraflı müayinə olunması üçün israr edib.
KARUSEL / DÜNYA
Tarix: 13-02-2024, 13:40