mobil versiya

Sərhəddə məhv edilən ermənilərin adları açıqlanıb



Ermənistan Müdafiə Nazirliyi sərhəddə baş verən təxribatdan sonra Azərbaycan Sialhlı Qüvvələrinin keçirdiyi qisas əməliyyatı nəticəsində məhv edilən ermənilərin adlarını açıqlayıb.

Onların adları erməni mətbuatında dərc edilib. Bunlar Arutyunyan Eduard Hamletoviç (1974-cü il), Manukyan Qaqik Varazdatoviç (1982-ci il), Ambartsumyan Arsen Qagik (1979-cu il), Oqanesyan Qraçya Talışeviçdir(1957-ci il).

Bundan əvvəl erməni mətbuatı yazmışdı ki, həlak olanlar “Yerkrapa” könüllü hərbi təşkilatının üzvləridir. Bu təşkilat Birinci Qarabağ müharibəsində döyüşən erməni yaraqlıları və terrorçuları tərəfindən yaradılıb. Göründüyü kimi, adı çəkilən şəxslərin təvəllüdü göstərilsə də, hərbi rütbələri qeyd edilmir. Həm bu amil, həm də məhv edilənlərin yaşının 32-50 yaş arasında dəyişməsi, birininsə yaşının 60-ı keçməsi həmin şəxslərin doğrudan da “Yerkrapa”-nın üzvləri olduğuna dair qənaət yaradır. (“AzPolitika.info” )
KARUSEL / GÜNDƏM
Tarix: 13-02-2024, 15:49