Qarabağda qeyri-qanuni erməni silahlı dəstələrinin 4 üzvü öldürülüb
Qarabağda qeyri-qanuni erməni silahlı dəstələrinin 4 üzvü öldürülüb.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, Azərbaycan Ordusu qeyri-qanuni erməni silahlı dəstələrinin Ağdərə və Xocavənd istiqamətində mövqelərinə zərbələr endirib. Nəticədə 4 terrorçu məhv edilib.
Məhv edilmiş 4 üzvünün adı məlum olub.
Ordumuzun zərbələri nəticəsində Armo Abqaryan, Samvel Torostan, Yervand Tadevostan və Qaqik Balayan öldürülüb.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi iyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqelərinin atıcı silahlardan atəşə tutulması barədə məlumat yaymışdı.
Məlumatda bildirilirdi ki, atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb.
Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür.
KARUSEL / GÜNDƏM

Tarix: 28-06-2023, 10:41