mobil versiya

COP29-un prezidenti Muxtar Babayev UNDP administratoru ilə görüşüb


Dubayda Dünya Hökumət Sammitində iştirak edən ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev tədbir çərçivəsində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) administratoru Akim Steynerlə görüşüb.
Bu barədə Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyinin rəsmi “X” hesabında paylaşım edilib. Dünya Hökumət Sammitində iştirak edən nazir Muxtar Babayev BMT İnkişaf Proqramının administratoru, təşkilatın Davamlı İnkişaf Qrupunun sədr müavini Akim Steynerlə iqlim böhranı və əməkdaşlıq məsələləri barəsində müzakirələr aparıb.
Akim Steyner sosial media hesabında Muxtar Babayev və danışıqların aparıcısı Yalçın Rəfiyevlə görüşməkdən məmnunluğunu ifadə edib. “İqlim böhranı əməkdaşlıq tələb edir və UNDP COP29-a gedən bu yolda cəsarətli iqlim fəaliyyətini dəstəkləməyə hazırdır” yazıb.
Xatırladaq ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökumətlər Sammitində iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri bir sıra görüşlər, keçirir, razılaşmalar əldə edir.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 14-02-2024, 16:29