mobil versiya

Hindistandan olan minlərlə gənc erməni fırıldaqçıların qurbanına çevrilib



Ermənistanda dələduzluğun yeni növü yayılıb. Belə ki, Hindistan vətəndaşları qazanc və daha sonra Avropaya səyahət etmək vədləri ilə bu ölkəyə dəvət olunurlar. Lakin reallıqda onlar aldadılaraq pulsuz qalır və vətənlərinə qayıtmaq imkanları belə olmur.
Bu barədə Hindistanın “Onmanorama” portalı məlumat yayıb.
Qeyd edilib ki, əsasən Hindistanın Kerala ştatından olan minlərlə gənc Ermənistandan olan fırıldaqçıların qurbanına çevrilib: “Fırıldaqçıların sxemi demək olar ki, həmişə eynidir. Onlar Keraladan olan insanlara Ermənistanda iş təklif edirlər. Lakin onlar Ermənistana gəlmək üçün hoteldə nömrə bron etməli və geri dönüş bileti almalıdırlar. Məhz bu yolla Hindistan vətəndaşları turistlər kimi Ermənistana pul qazanmaq üçün gəlirlər. Lakin əvvəlcədən ödənilmiş böyük miqdarda maliyyə vəsaiti müqabilində onlara kömək etdiyini iddia edən agent yoxa çıxır. Üstəlik, hoteldəki bron və geri dönüş biletləri də ləğv edilir. Nəticədə fırıldaqçıların qurbanları çətin vəziyyətə düşürlər”.
Məqalədə bildirilib ki, hazırda İrəvan hava limanı və ona yaxın ərazilərdə viza müddəti bitmiş çoxlu hindistanlıları görmək mümkündür: “Onların yarıdan çoxu Kerala ştatından buraya gələnlərdir. Onlar pasportlarında deportasiya möhürünün olmaması üçün böyük miqdarda pul ödəməyə məcbur olurlar”. Əlavə edilib ki, çünki deportasiya möhürü hindistanlıların digər ölkələrdə iş tapmaq perspektivlərini zəiflədir.
Vurğulanıb ki, bu fırıldaqçılıq Ermənistanda əsas gəlir mənbələrindən birinə çevrilib, çünki hazırda bu ölkədə saxta iş yerlərində çalışmağı təklif edən mafiya çiçəklənir.(report)

KARUSEL / DÜNYA
Tarix: 15-02-2024, 15:02