mobil versiya

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı "Baladadaşın toy hamamı"nı təqdim edir



Fevralın 19-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində "Baladadaşın toy hamamı" iki hissəli tamaşa oynanılacaq. 
Xalq yazıçısı Elçinin məşhur hekayələri əsasında hazırlanan "Baladadaşın toy hamamı” iki hissəli musiqili lirik komediyasıdır. Tamaşada teatrla kino sintez edilib. Eyni zamanda adət və ənənələrimiz, Bakı kəndlərinin özünəməxsus koloriti ustalıqla əks olunub. Var-dövlətin insanın mənəvi zənginliyinin yanında bir heç olması, dünyanın faniliyi, saf, pak sevgi haqqında olan lirik tamaşadır.
Tamaşa saat 19.00-da başlanılır. Biletləri teatrın kassalarından və iticket.az saytından onlayn əldə etmək mümkündür. 
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 15-02-2024, 15:39