mobil versiya

“Toy dəstgahı” yenidən səhnədə



Azərbaycan Dövlət “Yuğ” Teatrının repertuarında ən yeni tamaşa olan - “Toy dəstgahı” fevralın 4-də təkrar teatrsevərlərin ixtiyarına veriləcək.
Teatrdan bildirilib ki, tamaşa C.Məmmədquluzadənin “Çay dəstgahı” alleqorik pyesi əsasında hazırlanıb.

Səhnə əsərinin quruluşçu rejissoru Günay Səttardır. Milli adət-ənənələrin, ritualların vurğulandığı “Toy dəstgahı”nın janrı ambivalent artefaz kimi təyin edilib.
Tamaşada aktyorlar Vüqar Hacıyev, Təranə Ocaqverdiyeva, Amid Qasımov, Elşən Əsgərov, Günəş Tegin, Elgün Həmidov və Nigar Mürsəlova çıxış edir.
Qeyd edək ki, səhnə əsəri A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının binasında nümayiş olunacaq.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 30-01-2023, 15:08