mobil versiya

Şuşa Teatrında “Qırmızı papaq” tamaşası nümayiş olunacaq



Dekabrın 2-də Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində balacalar üçün “Qırmızı papaq” tamaşası nümayiş olunacaq.
Bu barədə Şuşa Dövlət Musiqili Dram Teatrından məlumat verilib.
Bildirilib ki, uşaqlara maraqlı anlar bəxş edəcək səhnə əsəri balacaların bədii-estetik zövqünün formalaşması, eyni zamanda, onlarda kiçik yaşlarından yaradıcı sənətə məhəbbət və maraq aşılamaq məqsədilə hazırlanıb.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 28-11-2023, 12:53