mobil versiya

Opera və Balet Teatrı oktyabr repertuarını açıqlayıb



Azərbaycan Dövlət Opera və Balet Teatrı oktyabr ayında maraqlı səhnə əsərləri ilə çıxış edəcək.
Teatrdan bildirilib ki, oktyabrın 1-də sənət ocağının səhnəsində “Qaratoxmaq qadın”, 5-də “Sevil” operaları, 7-də isə “Romeo və Cülyetta”, “Bolero” baletləri nümayiş olunacaq.
Bundan başqa, oktyabrın 14-də növbəti dəfə “Qaratoxmaq qadın” operası, 24-də “Məhəbbət əfsanəsi”, 26-da isə “Orfey və Evridika” baletləri təqdim ediləcək.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 12-09-2023, 11:14