mobil versiya

Küveyt parlamenti buraxıldı



Küveyt Dövlətinin əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah ölkənin birpalatalı parlamentinin buraxılması barədə fərman verib.
Bu barədə Küveytin "KUNA" dövlət agentliyi məlumat yayıb.
Fərmanın mətninə əsasən, parlamentin buraxılmasına səbəb "konstitusiya prinsiplərinin pozulması", eləcə də "təhqiramiz və yersiz ifadələrdən istifadə" olub.
Parlament üzvlərinin konstitusiya prinsiplərini necə pozduqları və kimin ünvanına təhqiramiz ifadələr işlətdikləri isə qeyd olunmayıb.

KARUSEL / DÜNYA
Tarix: 16-02-2024, 12:39