mobil versiya

Küveyt əmiri parlamentdə and içib



Küveyt əmiri Şeyx Maşaal əl-Əhməd əs-Sabah ölkənin birpalatalı parlamenti olan Milli Assambleyada and içib.
Bu barədə TASS məlumat yayıb.
Xatırladaq ki, o, dekabrın 16-da vəfat edən Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabahdan sonra Küveyt əmiri elan olunub.
Küveyt konstitusiyasına görə, əmirin ölümündən sonra hakimiyyət avtomatik olaraq vəliəhd şahzadəyə keçir. Lakin o, parlamentdə and içdikdən sonra hakimiyyətə gələ bilər.(report)

KARUSEL / DÜNYA
Tarix: 20-12-2023, 12:29