Bu ölkədə parlament buraxıldı
Pakistanın baş naziri Şahbaz Şərif yeni seçkilərin keçirilməsi üçün parlamenti buraxıb.
"Reuters" xəbər verir ki, parlamentin erkən buraxılması Konstitusiya ilə hökumətə yeni seçkilərə hazırlaşmaq üçün əlavə bir ay verir.
Qeyd edək ki, Pakistanda 2018-ci ilin iyulunda keçirilən son ümumi seçkilərdə İmran Xanın partiyası qalib gəlmişdi. İmran Xan bir müddət bundan əvvəl dövlət xəzinəsindən dələduzluq yolu ilə qiymətli əşyalar satmaqda ittiham olunaraq 3 il müddətinə azadlıqdan məhrum edilib.
KARUSEL / DÜNYA
Tarix: 10-08-2023, 16:26