Rusiyanın müharibədəki itkiləri açıqlanıb
Araşdırmaçı jurnalistlər Ukraynadakı müharibədə həlak olan 45 123 rus əsgərinin adını müəyyənləşdiriblər.
“AzPolitika.info” xəbər verir ki, itkiləri BBC Rus Xidməti və “Mediazona” könüllülər qrupu birlikdə hesablayıb.
Ölənlərin üçdə ikisini işğaldan əvvəl ordu ilə əlaqəsi olmayanlar təşkil edir: könüllülər, çağırışçılar, keçmiş məhbuslar və özəl hərbi şirkətlərin muzudluları. Səfərbər edilənlər arasında ölən 5406 nəfərin 80 faizi müharibənin ikinci ilində həlak olub.
Ölənlərin mütləq sayına görə liderlər Krasnodar diyarı, Sverdlovsk, Başqırdıstan və Çelyabinsk vilayətləridir.
Ümumilikdə, 2023-cü ildə jurnalistlər 27 906 rus hərbçisinin öldüyünü müəyyən ediblər. Bu da Ukraynanın tammiqyaslı işğalının ilk ilində təsdiqlənmiş itkilərdən 57 faiz çoxdur.
Rusiya ordusunun Dontesk vilayətinin Avdeyevka şəhərini ələ keçirmək üçün 2023-cü ilin oktyabrından 2024-cü ilin fevralına qədər apardığı əməliyyatlarda 6614 hərbçinin öldüyü bildirilir.
Jurnalistlər hesablamalarını yerli administrasiyaların, medianın və həlak olanların yaxınlarının məlumatlarından, həmçinin qəbiristanlıqlardan əldə edilən informasiyalardan istifadə edərək aparırlar. Onların fikrincə, itkilərin real sayı ən azı iki dəfə çox ola bilər.
Moskva və Kiyev Ukrayna müharibəsində itkiləri açıqlamır, yalnız qarşı tərəfin itkilərindən danışırlar.
KARUSEL / DÜNYA

Tarix: 21-02-2024, 12:37