mobil versiya

Ukraynada 50 hüquq müdafiəçisi və jurnalist öldürülüb



Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı nəticəsində bir il ərzində azı 50 hüquq müdafiəçisi, jurnalist və humanitar könüllü öldürülüb.
Bu barədə “Front Line Defenders” məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Rusiya müharibənin əvvəlindən ukraynalı hüquq müdafiəçilərini hədəfə alıb.
Buna səbəb onların Rusiya hərbçilərinin Ukraynadakı hərəkətlərini sənədləşdirməsi və sübutları ötürməsi olub.
2022-ci ildə Ukrayna insan haqları müdafiəçiləri və jurnalistlər arasında qurbanların sayına görə dünyada ikinci, 186 nəfərin ölümü ilə Kolumbiyadan sonra ikinci yerdədir. Əvvəlki üç ildə Ukraynada belə qətllər qeydə alınmırdı.
KARUSEL / DÜNYA
Tarix: 5-04-2023, 19:03