Azərişıq" ASC-nin yarandığı 2015-ci ildə itkilərin faiz göstəricisi 10,2 % təşkil edib
2023-cü il ərzində "Azərişıq" ASC-nin ölkə üzrə elektrik enerjisi itkilərinin həcmi 8,6 % təşkil edib.
Bunu ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bu gün qurumun 2023-cü ilin yekunlarına həsr edilmiş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 2022-ci ildə bu rəqəm 8,7 % təşkil edib ki, bu da illik müqayisədə azalma deməkdir.
A. Məmmədzadə qeyd edib ki, "Azərişıq" ASC-nin yarandığı 2015-ci ildə itkilərin faiz göstəricisi 10,2 % təşkil edib: "Növbəti illərdə bu itkilərin azaldılması üçün müxtəlif layihələr həyata keçiriləcək. Bunun üçün qurum yeni innovativ texnologiyalardan istifadə edir. Bu göstəricinin azaldılması üçün müvafiq işlər, layihələr həyata keçirilir, yeni texnologiyalar tətbiq olunur".
KARUSEL / İQTİSADİYYAT
Tarix: 21-02-2024, 14:02