mobil versiya

Bu il elektrik enerjisi istehsalında 0,8 faiz artım olub



Bu ilin 11 ayında respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 223,0 milyon kVt-st, yəni 0,8 faiz artaraq 26 487,5 milyon kVt-st olub.
Energetika Nazirliyinin xəbərinə görə, yanvar-noyabr ayları ərzində elektrik enerjisi istehsalı İES-lərdə 24 525,1 milyon kVt-st, SES-lərdə 636,5 milyon kVt-st, digər mənbələr üzrə isə 325,9 milyon kVt-st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 54,3 milyon kVt-st, günəş elektrik stansiyalarında 69,7 milyon kVt-st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 201,9 milyon kVt-st elektrik enerjisi istehsal edilib.
Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 23 894,9 milyon kVt-st (İES-lərdə 22 363,3 milyon kVt-st, SES-lərdə 1 531,6 milyon kVt-st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 444,2 milyon kVt-st (İES-lərdə 295,5 milyon kVt-st, SES-lərdə 90,9 milyon kVt-st, Günəş ES-də 57,8 milyon kVt-st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 40,1 milyon kVt-st, müstəqil elektrik stansiyaları üzrə isə 2 108,3 milyon kVt-st təşkil edib.
Bu ilin yanvar-noyabr ayları üzrə elektrik enerjisinin ixracı 2 752,7 milyon kVt-st, idxalı isə 200,8 milyon kVt-st olub.
Qeyd edilib ki, 2023-cü ilin noyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 453,4 milyon kVt-st olub. Bu ayda elektrik enerjisinin idxalı 10,6 milyon kVt-st, ixrac isə 401,2 milyon kVt-st təşkil edib.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 15-12-2023, 15:31