Azərbaycanda ilk dəfə birinci rübdə 1 milyard dollara yaxın ixrac həyata keçirildi
Yanvar-mart ayları ərzində Azərbaycanın qeyri-neft ixracı 23,2 faiz artaraq 912,2 milyon ABŞ dolları səviyyəsinə çatıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin rəhbəri Nicat Hacızadə AZƏRTAC-a bildirib ki, ilk dəfədir ilin ilk rübündə Azərbaycan tərəfindən 1 milyard ABŞ dollarına yaxın ixrac həyata keçirilib. Ötən illərdən fərqli olaraq, qeyri-neft ixracının əsas hərəkətverici qüvvəsi elektrik enerjisi olub: “2023-cü ilin ilk üç ayı ərzində elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 551,7 milyon kVt/st, yəni 7,7 faiz artaraq 7 756,2 milyon kVt/st olub. 2023-cü ilin ilk rübündə Azərbaycanın elektrik enerji istehsalının 16,6 faizi ixraca yönəlib. Belə ki, cari ilin birinci rübü ərzində elektrik enerjisi ixracı 6,1 dəfə və ya 234,7 milyon artaraq 281,1 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin qeyri-neft ixracının strukturunda 6-cı mövqedə qərarlaşan elektrik enerjisinin ticarət gəlirləri 121,6 milyon ABŞ dolları dəyərində olub. Nəticə etibarı ilə, 2023-cü ilin elektrik enerjisi ixracı 2022-ci ilin yekun ixrac dəyərindən 2,3 dəfə çoxdur. Yalnız mart ayında isə elektrik enerjisi istehsalı 11,7 faiz, ixracı isə 22 dəfə artıb”.
Nicat Hacızadə qeyd edib ki, elektrik enerjisi ixracının əhəmiyyətli səviyyədə artımı Türkiyəyə həyata keçirilən ixracın sürətli artımı ilə əlaqədardır. 2023-cü ilin yanvar-fevral ayları ərzində Azərbaycanın Türkiyəyə qeyri-neft ixracı 78,7 faiz artaraq 273,9 milyon ABŞ dolları təşkil edib. Yalnız fevral ayında isə qardaş ölkəyə ixracın dəyəri 2 dəfə artaraq 167,2 milyon ABŞ dolları səviyyəsinə çatıb. Adıçəkilən ixrac dəyərinin əhəmiyyətli artımının əsas səbəbi elektrik enerjisi ilə əlaqədardır.
N.Hacızadənin təqdim etdiyi statistik məlumatlara əsasən, 2023-cü ilin yanvar-mart ayları ərzində yeyinti məhsullarının ixracı 5,7 faiz artaraq 169,9 milyon ABŞ dolları təşkil edib. Bu göstərici qeyri-neft ixracının 18,6 faizini təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 bənd daha azdır. 2023-cü ilin 3 ayı ərzində aqrar və aqrar-sənaye məhsullarının ixracı 3,4 faiz artaraq 178,9 milyon ABŞ dolları təşkil edib. Sözügedən artımın əsas hərəkətverici qüvvəsi ötən illərdən fərqli olaraq kənd təsərrüfatına dayanan sənaye istehsalı ilə əlaqədardır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə aqrar-sənaye məhsulları ixracı 19,6 milyon ABŞ dolları və ya 56,3 faiz artıb. Adıçəkilən sənayenin istehsalının artımı emal edilən heyvan mənşəli məhsullar və alkoqollu və alkoqolsuz içkilər hesabına baş verib. Bu içkilər ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,1 dəfə artıb.
KARUSEL / İQTİSADİYYAT

Tarix: 14-04-2023, 18:07