mobil versiya

"Azərişıq” ASC 6 ay üzrə görülmüş işlərdən danışıb



Azərbaycan üzrə "Azərişıq" ASC-nin Tədbirlər planına salınmış 40 kənddə elektrik enerji şəbəkəsinin yenidəqurulması üzrə işlər çərçivəsində 18 kənddə bu işlər artıq yekunlaşdırılıb. 22 kənddə işlər davam etdirilir.
Bu barədə “Azərişıq” ASC-nin Texniki Departament direktoru Vüsal Qənbərov qurumun bu ilin 6 ayı üzrə görülmüş işlərə dair Hadrutda media nümayəndələri ilə keçirilən görüşdə bildirib.
Diqqətə çatdırıb ki, bu ilin 6 ayında Ağdamda 2 ədəd 35 kv-luq yarımstansiya istifadəyə verilib. Ümumilikdə ölkədə 66,2 kilometr 35 kV-luq, 147 kilometr 10 kV-luq, 93,3 kilometr 0,4 kV-luq kabel xətləri quraşdırılıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq “Azərişıq” ASC 2022-ci ildən etibarən regionlarda yeni layihəyə start verib. Bu il ərzində ümumilikdə müxtəlif regionları əhatə edən 100-dən çox kənd və yaşayış məntəqəsinin elektrik enerji şəbəkəsi tamamilə yenidən qurulacaq.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 25-07-2023, 17:19