mobil versiya

Braziliyanın sabiq prezidenti tərəfdarlarını nümayişə çıxarıb



Braziliyanın sabiq prezidenti Jair Bolsonaronun 185 minə yaxın tərəfdarı seçkilərdəki məğlubiyyətdən sonra dövlət qurumlarına hücum edən kütləvi etiraz aksiyalarının iştirakçılarına amnistiya verilməsinə dəstək üçün San-Paulu küçələrinə çıxıb.
Bu barədə CNN Brasil telekanalı məlumat yayıb.
“Biz bütün 513 konqresmendən və 81 senatordan Braziliyada ədalət mühakiməsinin bərpası üçün amnistiya qanunu layihəsi hazırlamağı xahiş edirik ki”, - deyə sabiq prezident mitinqdəki çıxışında bildirib.
Jair Bolsonaronun iğtişaşlardakı rolu hələ də araşdırılır və o, prezident olduğu müddətdə Səudiyyə Ərəbistanından qeyri-qanuni zinət əşyaları almaqda şübhəli bilinir.
2023-cü ilin yanvarında onun tərəfdarları Braziliya paytaxtında kütləvi etiraz aksiyaları keçiriblər. Aksiya iştirakçıları polis kordonlarını yararaq parlament, Ali Məhkəmə və prezident iqamətgahının binalarına giriblər. Bolsonaro özünün və tərəfdarlarının dövlət çevrilişinə cəhd etdiyini inkar edir.
Bundan əlavə, Jair Bolsonaronun 2030-cu ilədək prezidentliyə namizədliyini irəli sürməsi qadağan olunub, lakin o, hazırkı prezident Lula da Silvaya fəal şəkildə qarşı çıxır.

KARUSEL / DÜNYA
Tarix: 26-02-2024, 13:07